Təxribatı Ermənistan millisinin azarkeş qrupu törədibmiş

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribat törədənlərlə bağlı erməni mətbuatı xəbər yayıb.

Sportline.az xəbər verir ki, təxribat "First Armenian Front" adlı azarkeş qrupu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, "First Armenian Front" Ermənistan millisinin azarkeş qrupudur.