TFF prezidenti Azərbaycandakı azarkeşlər barədə

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir açıqlama verib.

Sportline.az xəbər verir ki, federasiya rəhbəri millinin Avropa çempionatındakı şanslarını dəyərləndirərkən qrupda iki oyunlarının Bakıda keçirilməsi məsələsinə də toxunub:

"Bakı bizə ev sahibliyi edəcək. Orada bizi dəstəkləyən azarkeşlərimiz çox olacaq. AÇ-2020-də yaxşı nəticə əldə edəcəyimizə inanıram. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".

Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.