"Tobol" rəhbərliyindən Emil Balayevə cəza

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubundakı maaşı azaldılıb.

Sportline.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsini adlaya bilməyən Kostanay təmsilçisi xərclərin azaldılmasına ehtiyac duyub. Klub rəhbərliyi bütün futbolçu və məşqçilərin maaşlarını azaltmağa qərar verib.

Klubun direktoru Nikolay Panin yerli mətbuata açıqlamasında oyunçuların bu qərarla razılaşdığını bildirib.

Qeyd edək ki, E. Balayev bu ilin yanvar ayında "Səbail"dən "Tobol"a keçib.