Tofiq Bəhramovun xatirəsinə yarış təşkil olunacaq

AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə bu gündən oktyabrın 19-dək dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək. Oyunlar AFFA Futbol Akademiyasının meydanında keçiriləcək.(affa.az)