Toma Mönye "qırmızı şeytanlar"ın hədəfində

Toma Mönye karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, belçikalı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır. “Qırmızı şeytanlar” yayda müqavilə müddəti başa çatan və komandadan ayrılacaq Antonio Valensiyanı məhz belçikalı müdafiəçi ilə əvəzləmək fikrindədirlər.

Qeyd edəkki, Toma Mönyenin “Pari Sen-Jermen”lə müqaviləsi 2020-ci ilədəkdir.