Tomas Tuxelə yeni müqavilə

Fransanın PSJ futbol klubu baş məşqçi Tomas Tuxellə müqavilə müddətini uzadıb.

Sportline.az xəbər verir ki, yeni sözləşmə 2021-ci il iyunun 30-dək nəzərdə tutulub. Almaniyalı mütəxəssislə birgə köməkçiləri də komandada qalacaq.

Qeyd edək ki, Tomas Tuxel PSJ-yə 2018-ci ilin iyununda baş məşqçi təyin olunub. 45 yaşlı mütəxəssisin rəhbərliyi altında klub Fransa Liqasını 91 xalla çempion kimi başa vurub. Parislilər bütün 38 qarşılaşmada qol vuran ilk komanda kimi tarixə düşüb.