Tomas Vermalen Yaponiya klubunda

“Barselona”nın sabiq futbolçusu Tomas Vermalen karyerasını Yaponiyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, belçikalı müdafiəçi ilə 2 il yarımlıq müqavilə imzalanıb. Mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran Vermalen yeni komandasında xoşbəxt olduğunu bildirib.

"Fərqli qitə, fərqli dil, fərqli mədəniyyət. Bunlara uyğunlaşmağım üçün zaman lazımdır. Burada olduğum üçün çox xoşbəxtəm. Komandada əla futbolçular var. David Vilya, Andres İnyesta, Lukas Podolski kimi oyunçularla birlikdə mübarizə aparmaq da məndə əlavə ruh yüksəkliyi yaradacaq. Çempionluq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Tomas Vermalen bunadək “Barselona” ilə yanaşı, “Ayaks”, “Valveyk”, “Arsenal” və “Roma” klublarında da mübarizə aparıb.