Topaz Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq

"Topaz" növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, "Topaz" rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb: "Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq. "Topaz" sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik".

Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.