Topaz Premyer Liqasına gələcək yeni klubun adı sabah bəlli olacaq
AFFA-nın Lisenziya Komissiyasının iclasının tarixi dəqiqləşib.
Sportline.az Apasport.az saytına istinadən xəbər verir ki, qurumun bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında lisenziyalaşma barədə məlumatlar dinlənilib və yekun qərarların sabahkı yığıncaqda açıqlanması məqsədəuyğun sayılıb.
Komissiya avrokuboklarda və Topaz Premyer Liqasında iştirak üçün müraciət edən klubların müraciətlərinə sabahkı iclasda cavab verəcək. Məhz bu qərar ölkə çempionatının 2018/19 mövsümündə yüksək liqasında neçə komandanın mübarizə aparacağını müəyyənləşdirəcək.