Topaz Premyer Liqasında 20-ci turun hakim təyinatları

Topaz Premyer Liqasında XX turun hakim təyinatları açıqlanıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, şənbə günü baş tutacaq "Keşlə” – “Sabah” görüşü Rəhim Həsənova, "Qarabağ" - "Zirə" oyunu Rauf Cabbarova həvalə edilib. Ertəsi gün keçiriləcək “Qəbələ” – “Səbail” qarşılaşmasını İnqilab Məmmədov, "Sumqayıt" - "Neftçi" görüşünü Rəşad Əhmədov idarə edəcək.

9 mart (şənbə)

16:00.  "Keşlə” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov

18:30.  “Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə

10 mart (bazar)

14:00.  “Qəbələ” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

16:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı