Topaz Premyer Liqasında 24-cü turun cədvəli açıqlanıb

Topaz Premyer Liqasında 24-cü  turun oyun cədvəli açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasına istinadənixəbər verir ki, turun görüşləri iki günü əhatə edəcək. Bütün qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 

13 aprel (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena”

18:00. “Səbail” – “Neftçi”
“Bayıl Arena”