Topaz Premyer Liqasında 60 günlük fasilə olacaq
Topaz Premyer Liqasının yeni mövsümündə 60 günlük fasilə olacaq. SportLine.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, fasilə milli komandanın oyunları ilə bağlıdır.
Millinin baş məşqçisi Qurban Qurbanovla bu barədə danışdıqlarını deyən R.Musayev, "Milliyə görə dözmək olar, təki nəticə olsun", - deyə bildirib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabr və oktyabr aylarında UEFA Millətlər Liqasında çıxış edəcək.