Topaz Premyer Liqasında fasilə bitir

Sabah Topaz Premyer Liqasında 54 günlük fasilə bitəcək və 3-cü dövrə start götürəcək.

SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. "Zirə" "Sabah"ı, "Keşlə" isə "Səbail"i qəbul edəcək.

Çempionluğa iki ən real namizəd - "Qarabağ" və "Neftçi"nin dueli turun sonuncu oyun gününə təsadüf edəcək. "Qəbələ" və "Sumqayıt" da həmin gün münasibətləri aydınlaşdıracaq.

15-ci tur ərəfəsində "Neftçi"nin liderliyi davam edir. Paytaxt klubunun aktivində 33 xal var. "Qarabağ" "ağ-qaralar"dan 3 xal geri qalır. Bazar günü təşkil olunacaq görüşdə Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə zirvəyə yüksələ bilər.

Çempionatın ikinci yarısında çempionluqla yanaşı, 3 və 4-cü yerlər uğrunda da gərgin mübarizənin gedəcəyi aydındır. Hazırda 21 xalla 3-cü pillədə qərarlaşan "Səbail" ən yaxın izləyicilərini 4 xal qabaqlayır. Aftandil Hacıyevin komandası avrokuboklara vəsiqə qazanmaq üçün mövqeyini qorumağa çalışacaq. 

17 xalla 4-5-ci yerləri bölüşən "Sabah" və "Qəbələ" də Avropa Liqasında iştirak şanslarını qoruyur. "Sumqayıt", "Keşlə", hətta autsayder mövqeyində qərarlaşan "Zirə" də hər an bu mübarizəyə qoşula bilər. 

Qış transfer pəncərəsində heyətlərində dəyişikliklər edən komandaların çempionatın ikinci yarısındakı duelləri maraqla gözlənilir.

Topaz Premyer Liqası
15-ci tur

2 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
Zirə İdman Kompleksinin stadionu

19:00. “Keşlə” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli  
“ASK Arena”

3  fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov  
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov  
Tofiq Bəhramov adına Respublika Stadionu

Neftçi

14

10

3

1

26-10

33

Qarabağ

14

9

3

2

32-14

30

Səbail

14

6

3

5

16-14

21

Sabah

14

5

2

7

12-20

17

Qəbələ

14

4

5

5

17-18

17

Sumqayıt

14

4

3

7

13-20

15

Keşlə

14

3

3

8

16-23

12

Zirə

14

2

4

8

12-25

10

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 7 qol.