Topaz Premyer Liqasında komanda sayı artırılmayacaq

Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.

Sportline.az xəbər verir ki,  bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlayıb. 

O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib: "Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".