"Neftçi" bürünc medallara sahib çıxdı. "Sumqayıt" Avropa Liqası imkanlarını itirdi

Bu gün Topaz Premyer Liqasında 2017/2018-ci il mövsümü yekunlaşacaq. SportLine.az xəbər verir ki, "Qəbələ" - "Qarabağ" görüşü istisna olmaqla, bütün oyunlar eyni vaxtda başlanacaq.

Futbolsevərlərin diqqəti, əsasən, Sumqayıta yönələcək. Burada yerli komanda "Zirə"ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda yarışan komandalardan paytaxt təmsilçisinə 1 xal kifayət edirsə, "kimyaçılar" mütləq qələbə qazanmalıdırlar.

Turun afişası belədir:

20 may 2013
TPL, 28-ci tur

17:15. "Səbail” - "Keşlə” 0-1

Qol: Rafael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
"Bayıl Arena”

17:15. "Kəpəz” – "Neftçi” 1-2

Qol: Ruslan Abışov, 63 (0:1), Şəhriyar Rəhimov, 67 (1:0), Lukas Qomes, 79 (1:2)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

17:15. "Sumqayıt” - "Zirə” 1-2

Qol: Cavid İmamverdiyev, 13 (1:0), Aleksandr Dedov, 68 (1:1), Tounkara, 94 (1:2)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
"Kapital Bank Arena”

21 may 2018

19:00. "Qəbələ” - "Qarabağ”
Hakimlər:
 Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
“Azersun Arena”

Standings provided by Sofascore LiveScore