Toral Bayramovun qolu Avroliqanın "onluğunda"

UEFA Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"10-luq"da "Qarabağ"ın futbolçusu Toral Bayramovun Liqa mərhələsində "Budo-Qlimt"ə vurduğu (2:1) qol da yer alıb. 

Bu qol sıralamada 7-ci olub. 

1-ci yerə isə "Qalatasaray"ının futbolçusu Yunus Akgünün Liqa mərhələsində "Tottenhem"ə vurduğu qol layiq görülüb.