"Totenhem" - "Mançester Siti": Baş məşqçilərin qayğıları

Çempionlar Liqasının 1/4 finalının, bu gün keçiriləcək "Totenhem" - "Mançester Siti" matçı böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, gərgin mübarizə vəd edən oyun ərəfəsində komandaların cəzalı futbolçusu olmasa da, hər iki tərəf zədədən əziyyət çəkir.

"Totenhem"in baş məşqçisi Maurisio Poçettinonu, Erik Dayerlə Erik Lamelanın yoxluğu qayğılandırır. Bu azmış kimi, Serj Orye ilə Fernando Lyorentenin meydana çıxacağı da sual altındadır.

Pep Qvardyolanın komandasında da zədəlilər var. Klaudio Bravo və Aleksandr Zinçenko matçı kənardan izləyəək. Fabian Delf, Kayl Uoker və komandanın əsas qol silahı Kun Aqueronun durumu isə, qənaətbəxş deyil.