"Tottenhem" evdə, "Real" səfərdə sevindi

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha iki qarşılaşma izləyiblər. 

Yarışın son qalibi - "Real" səfərdə "Ayaks"la üz-üzə gəlib. Matç "kral klubu"nun qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə "Tottenhem" Dortmund "Borussiya"sına aman verməyib.

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə gecəyarısı səslənəcək. 

14 fevral 2019
UEFA Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0
QOLLAR:
Son Hyu Min, 47 (1:0); Yan Vertongen, 82 (2:0); Fernando Yorente, 86 (3:0)
Baş hakim: Antonio Matyo Layoz (İspaniya)

“Ayaks” (Hollandiya) – “Real” (İspaniya) - 1:2
QOLLAR:
Kərim Benzema, 60 (0:1); Hakim Ziyeş, 75 (1:1); Marko Asensio, 87 (1:2)
Baş hakim: Damir Skomina (Sloveniya)