"Tottenhem" onlarla yolları ayırdı

Kiran Trippyeri Madrid “Atletiko”suna satan “Tottenhem” daha üç futbolçu ilə yolları ayırıb. 

Sportline.az xəbər verir ki, London klubu, müdafiəçi Denni Rouz, yarımmüdafiəçi Jorj-Kevin Nkudu və hücumçu Vinsent Yansenin xidmətinə ehtiyac duymur.

Bu futbolçuların "Tottenhem"in yeni mövsüm öncəsi təlim-məşq toplanışına aparılmayacağı açıqlanıb.