"Tottenhem" - "Yuventus" matçı polşalı hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasında daha iki oyunun hakimləri müəyyənləşib. SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsinin maraqla gözlənilən oyunlarından - "Tottenhem" - "Yuventus" duelini Polşadan olan hakimlər briqadası idarə edəcək:
07 mart 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
23:45. "Tottenhem" - "Yuventus"
Baş hakim: Şimon Marçinyak
Köməkçi hakimlər: Pavel Sokolniçki, Tomas Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomas Musyal
Dördüncü hakim: Radoslav Seyka (Hamısı Polşa)
23:45. "Mançester Siti" - "Bazel"
Baş hakim: Pavel Kralovets
Köməkçi hakimlər: Roman Slişko, İvo Nadvornik
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Qarel Qrubeş
Dördüncü hakim: İrji Molaçek (Hamısı Çexiya)