"Yuventus" və "Mançester Siti" 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək.

Diqqətlər, əsasən, Londona yönələcək. Turində "Yuventus"a məğlub olmayan "Tottenhem" doğma meydanda mərhələ adlamağa çalışacaq. Bunun üçün İngiltərə klubunu qolsuz heç-heçə də qane edir. "Qoca sinyora" isə rəqib qapısına mütləq yol tapmalıdır.

Digər görüşdə isə "Mançester Siti" "Bazel"i sınağa çəkəcək. İsveçrədə 4 cavabsız qolla qələbə qazanan "şəhərlilər", bu dəfə də meydana favorit qismində çıxacaqlar.


07 mart 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

"Tottenhem" - "Yuventus" - 1:2
QOLLAR:
Hyu-Min Son, 39 (1:0); İquain, 64 (1:1); Dibala, 67 (1:2)
Baş hakim: Şimon Marçinyak
Köməkçi hakimlər: Pavel Sokolniçki, Tomas Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomas Musyal 
Dördüncü hakim: Radoslav Seyka (Hamısı Polşa)

"Mançester Siti" - "Bazel" - 1:2
QOLLAR:
Qabriel Jesuş, 8 (1:0); Mohamed Elyunussi, 17 (1:1); Lanq, 71 (1:2)
Baş hakim: Pavel Kralovets
Köməkçi hakimlər: Roman Slişko, İvo Nadvornik
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Qarel Qrubeş
Dördüncü hakim: İrji Molaçek (Hamısı Çexiya)