"Tottenhem"dən "Borussiya"ya rəsmi təklif

Cari mövsümün sonunda heyətini gücləndirmək barədə düşünən "Tottenhem" "Borussiya"nın futbolçusu Marko Roysa elçi düşüb.

SportLine.az "Mirror"a istinadən xəbər verir ki, London klubu artıq Dortmund təmsilçisinə rəsmi təklif ünvanlayıb. Danışıqların təfərrüatları açıqlanmasa da, tərəflərin ilkin razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, M.Roys bir neçə gün öncə mətbuata açıqlamasında növbəti mövsüm Almaniyadan kənarda çıxış edə biləcəyini vurğulamışdı.