"Tottenhem"in 70 milyon avroluq transferi

"Tottenhem" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, London klubu Fransa millisi və "Lion"un müdafiəçisi Tanqi Ndombele keçidini həll edib. 22 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. İngilislər bu transfer üçün qarşı tərəfə bonuslarla birlikdə 70 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, bu, "Tottenhem"in bu yay, ümumiyyətlə, son il yarımda 2-ci transferidir. Premyer Liqa təmsilçisi Ndombeleyə qədər "Lids Yunayted"dən Cek Klarkı heyətinə qatıb.