"Tottenhem"in "Bavariya" qələbəsi

Münhenin "Bayern" klubunun təşkil etdiyi "Audi Cup" turnirinin finalı keçirilib.

Sportline.az xəbər verir ki, həlledici görüşdə təşilatçı komandayla "Tottenhem" qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilərdə 6:5 hesabı ilə qalib gələn London klubu turnirin qalibi olub.

"Tottenhem" - "Bayern" - 2:2 (pen. 6:5)

Qollar: Erik Lamela, 19, Kristian Eriksen, 59 - Yan-Fiete Arp, 59, Alfonso Devis, 81