"Tottenhem"in qapıçısı ən az 3 ay oynamayacaq

"Tottenhem" ciddi itki ilə üzləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Brayton"la matçda zədələnən qapıçı Huqo Llorisin zədə səbəbindən ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Sol qolunda problem aşkarlanan 32 yaşlı qolkiperin əməliyyat olunmayacağı, ancaq gələn ildən məşqlərə qayıdacağı bildirilib.