"Tottenhem"in Son cəzası

İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Son Hın Mini 3 oyunluq cəzalandırıb.

Sportline.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda etdiyi hərəkət səbəb olub. Koreyalı oyunçu görüş zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb. Bunun ardınca o, təpiklə rəqibin qarnına vurub. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, "Tottenhem"in futbolçusunun ölkə çempionatında "Brayton", "Norviç" və "Sauthempton"la matçları buraxacağı bildirilib.

Qeyd edək ki, "Tottenhem" - "Çelsi" görüşündə "zadəganlar" 2:0 hesablı qələbə qazanıb.