TPL: 10-cu turun oyunlarının vaxtı müəyyənləşdi

Topaz Premyer Liqasının 10-cu turunun oyunlarının başlanma saatı müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

3 noyabr (şənbə)

17:00. “Keşlə” – “Neftçi”
“ASK Arena"

19:00. “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena"

4 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Səbail” 
“Bakcell Arena"