TPL: 13-cü turun oyun saatları məlum oldu
Topaz Premyer Liqanın XIII turunda keçiriləcək oyunların başlama saatı məlum olub.
Sportline.az "CBC Sport”un rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, turun qarşılaşmaları 1-2 dekabr tarixlərində oynanılacaq. Bütün görüşlər "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
1 dekabr
16:30. "Sumqayıt" - "Səbail"
19:00. "Sabah" - "Neftçi"
2 dekabr
17:00. "Qəbələ" - "Zirə"
19:30. "Qarabağ" - "Keşlə"