TPL: 26-cı turun ən yaxşı futbolçusu müəyyənləşdi

InStat Sportun təhlilinə əsasən Topaz Premyer Liqasının XXVI turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.