TPL: 27-ci tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

Sportline.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi oyununda ilk “üçlük”də yer alan “Qarabağ”la “Səbail” görüşəcək. Üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki oyunlarının balansını təqdim edirik.

Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)

“Sumqayıt” - “Sabah”

Sumqayıt təmsilçiləri indiyədək qalib gəlməyiblər. “Sabah” bütün matçlarda qol vurub. Bakılılar hər dəfə bir qol vura biliblər.

“Qəbələ” – “Neftçi”

“Neftçi” son 8 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ”dəki son üç qarşılaşmada hər iki komanda qol sevinci yaşayıb.

“Qarabağ” – “Səbail”

“Qarabağ” texniki nəticənin qeydə alındığı matçdan başqa bütün oyunlarda qələbə qazanıb. “Səbail” indiyədək səfərdə qol vura bilməyib.

“Keşlə” - “Zirə”

Son 4 matçda "Zirə" qalib gəlməyib. “Keşlə” ardıcıl iki ev qələbəsi qazanıb.