TPL: 27-ci turun rəmzi komandası

“InStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXVII turunun rəmzi komandası müəyyənləşib.

Sportline.az siyahını təqdim edir:

Qapıçı: Vaqner Da Silva (“Qarabağ”)-4

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-8, Mamadu Mbodj (“Neftçi”)-3, Bədavi Hüseynov (“Qarabağ”)-8, Maksim Medvedev (“Qarabağ”)-5

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-6, Markos Madera (“Qarabağ”)-8, Əmir Ağayev (“Sumqayıt”)-2, Mfo Kqasvane (“Zirə”)-2

Hücumçular: Xulio Sezar Rodriqez (“Zirə”)-3, Mahir Mədətov (“Qarabağ”)-10

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.