TPL-də 24-cü turun rəmzi komandası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turunun rəmzi komandası açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ” və “Zirə”nin hər birindən 2 futbolçu düşüb.

Qapıçı: Vaqner da Silva (“Qarabağ”) - 3

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”) - 6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”) - 2, İlkin Qırtımov (“Zirə”) - 4

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 8, Riçard Almeyda (“Qarabağ”) - 4, Markos Madera (“Qarabağ”) - 5, Davit Volkovi (“Qəbələ”) - 2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) - 7, Ceyms Adeniyi (“Qəbələ”) - 7

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. “Qarabağ” son turda “Sabah”ı 3 cavabsız qolla məğlub edərək vahid lider olub.