TPL: İlk turun hakim təyinatları açıqlandı

Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün ilk turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

SportLine.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, birinci turun görüşlərini aşağıdakı referilər idarə edəcəklər:

11 avqust (şənbə)

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər:
 Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
“Dalğa Arena”
 
12 avqust (bazar)

19:00. “Qəbələ” – “Səbail”
Hakimlər:
 Əliyar Ağayev,   Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

21:00. “Keşlə” – “Sabah”
Hakimlər
: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
“ASK Arena”