TPL: Mövsümün ilk qolu və qırmızı vərəqəsi
Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" görüşü ilk qol və qırmızı vərəqə ilə yadda qalıb.
SportLine.az xəbər verir ki, 27-ci dəqiqədə fərqlənən Mirabdulla Abbasov 2018/2019-cu il mövsümündə ilk qolun müəllifi olub.
"Sumqayıt"ın heyətində matçın 66-cı dəqiqəsində ikinci sarı vərəqəni görən Vurğun Hüseynov isə mövsümün meydandan qovulan ilk oyunçusu adını qazanıb.
Qeyd edək ki, "Dalğa Arena"da təşkil olunan görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.