"Qarabağ" mövsümə qələbə ilə başladı

Bu gün Topaz Premyer Liqasında 2-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Son çempion "Qarabağ" mövsümdə ilk oyununu bu gün keçirəcək. Ağdam təmsilçisi "Səbail"in qonağı olacaq.

İlk oyunda "Qəbələ"yə məğlub olan paytaxt təmsilçisi, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. "Köhlən atlar" isə meydana favorit statusunu təsdiqləmək üçün çıxacaqlar.

Qarşılaşmanı Ramil Diniyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Oyunun start fiti saat 18:30-da səslənəcək.


18 avqust 2018
TPL, 2-ci tur

"Səbail” – "Qarabağ” - 0:2
QOLLAR:
Mahir Mədətov, 27 (0:1); Mahir Mədətov, 86 (0:2)

“Səbail”: 1. Emil Balayev, 4. Perilyo Enrike, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba , 33. Tome Kitanovski, 99. Jarjue Maudo  
 
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 22. Edqar Paçeko, 18. Aqşin Qurbanlı, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 70. Urfan İsmayılov, 88. Orxan Qurbanlı, 85. Xaliq İbrahimov
  
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev 
 
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 1. Hannes Halldorsson, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Markos Madera, 18. İsmayıl İbrahimli, 88. Rafael Məhərrəmli, 55. Bədavi Hüseynov 

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"Bayıl Arena”

Standings provided by Sofascore LiveScore