TPL: "Qarabağ" - "Neftçi" matçının vaxtı açıqlandı

Topaz Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib.

SportLine.az xəbər verir ki, tura Gəncədə I Diviziona düşəcəyi rəsmiləşən "Kəpəz" və bürünc medal uğrunda mübarizə aparan "Sumqayıt" komandaları arasındakı görüşlə start veriləcək.

Son matç isə çempion "Qarabağ"la avrokuboklara can atan daha bir klub "Neftçi" arasında olacaq.

4 may (cümə)

"Kəpəz” – "Sumqayıt”
Gəncə şəhər stadionu, 16:00

5 may (şənbə)

"Qəbələ” – "Keşlə”
Qəbələ şəhər stadionu, 19:00

"Səbail” – "Zirə”
"Bayıl Arena”, 17:00

6 may (bazar)

"Qarabağ” – "Neftçi”
"Azersun Arena”, 19:00