TPL: Yay transfer pəncərəsi açıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

Sportline.az xəbər verir ki, klublar yeni oyunçularını sentyabrın 2-dək Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər. Hələlik çempion "Qarabağ" və ölkə kubokunun sahibi "Qəbələ" istisna olmaqla, qalan 6 klub heyətinə yeni oyunçular cəlb edib. Lakin onların hamısı daxili transferlərdir və xaricdən heç bir oyunçu gətirilməyib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.