"Trabzonspor" prezidenti Şeydayevdən danışdı

"Trabzonspor" klubunun prezidenti Əhməd Ağaoğlu Azərbaycan millisinin üzvü Ramil Şeydayevin karyerası haqda danışıb. SportLine.az haber61.net saytına istinadən xəbər verir ki, klub rəhbəri hücumçu ilə yolları ayırmaq barədə düşünür.

Onunla yanaşı, Matuş Beronu da komandadan göndərməyə hazırlaşdıqlarını bildirən Ə.Ağaoğlu, "Hər iki futbolçunu sata bilsək, ilə 8-8,5 milyon avro qənaet edə biləcəyik. Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma yenə deyirəm, xərclərini ödəyəcəkləri təqdirdə, bu, yaşana bilər".

"Trabzonspor" daha əvvəl Uğur Demirok, Yan Duritsa, Dame N Doye, Tomaş Huboçan və Okay Yokuşlu ilə vidalaşaraq, ildə 35 milyon TL qənaət edib.

Qeyd edək ki, Ramil Şeydayevin Avstriya "Mattersburq"una keçəcəyi gözlənilir.