"Trabzonspor" Ramil Şeydayevlə yolları ayırdı
Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə yolları ayırıb. SportLine.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
22 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Şeydayevin Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi var idi. Trabzon təmsilçisi Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" klubundan transfer olunmuşdu. Gənc hücumçu ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.