"Trabzonspor"u o çalışdıracaq

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, "bordo-mavililər"i Hüseyn Çimşir çalışdıracaq. O, bu vəzifədə Ünal Karamanı əvəz edib. Bu barədə klub prezidenti Əhməd Ağaoğlu məlumat verib.

Hüseyn Çimşir daha öncə Ünal Karamanın köməkçisi idi.