"Traktor" 3 xalı 1 qolla qazandı

İran çempionatında 4-cü turun oyunları keçirilib. 

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” öz meydanında “Qohar”la qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Qeyd edək ki, “Traktor” hazırda 8 xalla 16 komanda arasında 3-cüdür.