"Traktor" derbini uduzdu

İran çempionatında 14-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, bu gün Təbrizin iki klubu üz-üzə gəlib. “Maşın Sazi” öz meydanında “Traktor”u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.

Bu nəticədən sonra “Maşın Sazi” 19 xalla 8-ci, “Traktor” isə 18 xalla 9-cu pillədə qərarlaşıb. Lider “İstiqlal”ın 25 xalı var.