"Traktor" liderliyə yüksəldi

İran çempionatında 5-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” səfərdə "Saipa" ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Bu qələbə ilə xalını 11-ə çatdıran "Traktor" liderliyə yüksəlib. "Padideh" 10 xalla 2-ci, "Persepolis" 9 xalla 3-cüdür.