"Traktor" məğlub oldu

İran çempionatında 10-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” səfərdə "Sepahan"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bu nəticə ilə 2-ci pillədən 5-ə düşən “Traktor” qələbə qazansaydı, liderliyə yüksələcəkdi.

Qeyd edək ki, "Traktor" hazırda 17 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 22 xalla "Sepahan" başçılıq edir. "Persepolis" 19 xalla 2-ci, "İstiqlal" isə 18 xalla 3-cü pillədə qərarlaşıb.