"Traktor"dan ardıcıl 4-cü qələbə

İran çempionatında 16-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Paykan"ın qonağı olub. Matç Təbriz klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bunula da, komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Qeyd edək ki, "Traktor" 16 turdan sonra  turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. "Persepolis" 34 xalla 1-ci, "Sepahan" 32 xalla 2-cidir.