"Traktor"dan mühüm qələbə

İran çempionatında 11-ci turun təxirə salınmış oyunları keçirilib

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Padideh"i qəbul edib. Matç Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Traktor" hazırda  turnir cədvəlində 27 xalla (15 oyundan) 5-ci pillədə qərarlaşıb. "Sepahan" 31 xalla 1-ci (15 oyun), "Persepolis" 31 xalla 2-ci (15 oyun), "İstiqlal" 29 xalla (16 oyun) 3-cüdür.