"Traktorsazi" 70 min azarkeşi coşdurdu

İran çempionatında XVIII turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu doğma meydanda Tehranın "İstiqlal” klubu ilə qarşılaşıb.

Təbrizin 70.000 nəfərlik "Səhənd” stadionunda keçirilən oyun Cənubi Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Traktorsazi" 18 turdan sonra 33 xalla turir cədvəlinin 4-cü pilləsindədir.