"Traktorsazi" "Milan"ın keçmiş futbolçusunu transfer etdi

Təbrizin "Traktorsazi" klubu heyətini gücləndirib. SportLine.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi Kevin Konstantla razılığa gəlib. Onunla 2022-ci ilin yayına kimi müqavilə bağlanıb.

Qeyd edək ki, K.Konstant karyerası ərzində “Tuluza”, “Kyevo”, “Cenoa”, “Milan”, “Trabzonspor” və “Bolonya” kimi klubların şərəfini qoruyub.