"Traktorsazi"nin oyununda "Qarabağ bizimdir!" şüarı

İran çempionatının növbəti turunda Təbrizin "Traktorsazi" klubu "Sepahan"ı qəbul edib. SportLine.az xəbər verir ki, görüş Cənubi Azərbaycan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.

Matçı izləmək üçün "Səhənd" stadionuna toplaşan on minlərlə azarkeş Ermənistan prezidenti Nikol Paşinyanın İrana səfərinə etiraz edib. Onlar Ermənistan bayrağını yandırıblar və "Qarabağ bizimdir, bizim olacaq!" şüarını səsləndiriblər.

Qeyd edək ki, "Traktorsazi" 20 turdan sonra 37 xalla 5-ci pillədə qərarlaşıb.