Transfer pəncərəsindən mənzərə

Azərbaycan Premyer Liqasında yarışan klublar heyətə əl gəzdirməkdədirlər. 

Sportline.az yenilikləri təqdim edir:

 

“Qarabağ”
Gələn: yoxdu
Gedənlər: Yakub Jezniçak ("Visla", Polşa), Nicat Süleymanov ("Zirə": icarəyə), İnnosent Emeqara, Reynaldo Silva, Con Delarj
Müqavilə müddətini artıranlar: Miçel, Qara Qarayev, Rəşad Sadıqov, Şahruddin Məhəmmədəliyev

 

“Neftçi”
Gələnlər: Rauf Əliyev, Vojislav Stankoviç, Stiven Jozef-Monroz (hamısı "Qəbələ"), Dario Frederiko ("Daequ", Cənubi Koreya) 
Gedənlər: Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi "Sabah"), Qoran Paratski, Petru Raku, Canluka Sansone

Müqavilə müddətini artıran: Səlahət Ağayev


"Səbail"
Gələnlər: Kamal Bayramov, Dilan Duventru (hər ikisi "Zirə"), Urfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala"), Daniel Bojinovski ("Rabotniçki", Makedoniya)

Gedənlər: Fərhad Vəliyev (karyerasını bitirib), Kevin Kubemba ("Sabah"), Ruslan Qurbanov ("Keşlə"), Maudo Jarjue ("Austriya", Avstriya), Tamazi Tsetsxaladze, İmanol İriberri, Enrike Moura Perilyo, Tome Kitanovski

Müqavilə müddətini artıranlar: Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Aleksandr Rıbka, Yevgeni Koçuk

 

“Qəbələ”
Gələnlər: Sadiq Quliyev, Kamal Mirzəyev (hər ikisi "Zirə")

Gedənlər: Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Zirə"), Rauf Əliyev, Vojislav Stankoviç, Stiven Jozef-Monroz (hamısı "Neftçi"), Urfan Abbasov ("Səbail"), Lalavele Atakora, Sabien Lilay

Müqavilə müddətini artıran: yoxdu


“Zirə”
Gələnlər: Elvin Məmmədov ("Sumqayıt"), Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Qəbələ"), Nicat Süleymanov ("Qarabağ": icarəyə)
Gedənlər: Budaq Nəsirov ("Sportinq", Portuqaliya: icarə müddəti başa çatıb), Kamal Bayramov, Dilan Duventru (hər ikisi "Səbail"), Vüqar Mustafayev ("Sumqayıt"), Sadiq Quliyev, Kamal Mirzəyev (hər ikisi "Qəbələ"), Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana

Müqavilə müddətini artıranlar: Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake


“Sumqayıt”
Gələnlər: Vüqar Mustafayev ("Zirə"), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə"), Elgün Nəbiyev ("Sabah": icarəyə)
Gedənlər: Elvin Məmmədov ("Zirə"), Cavid Tağıyev ("Sabah"), Rəşad Əzizli ("Keşlə"), Nicat Qurbanov (karyerasını bitirib), Əli Babayev
Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Rail Məlikov


“Sabah”
Gələnlər: Cavid Tağıyev ("Sumqayıt"), Kevin Kubemba ("Səbail"), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi "Neftçi")

Gedənlər: Elgün Nəbiyev ("Sumqayıt": icarəyə), Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərzin Cahangirov, Erik Ramos

Müqavilə müddətini artıran: yoxdu


“Keşlə”
Gələnlər: Rəşad Əzizli ("Sumqayıt"), Ruslan Qurbanov ("Səbail"), Franko Flores ("Alki", Kipr), İqor Yovanoviç ("Sepsi", Rumıniya), Ziya Əzizov ("Neymegen", Hollandiya)
Gedənlər: Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Sumqayıt"), Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko, Anxelo Pena, Samir Məsimov
Müqavilə müddətini artıranlar: Slavik Alxasov, Azər Salahlı, Cabir Əmirli